Uşaqlar zərərli informasiyalardan qorunacaqlar

Parlament qanun layihəsini müzakirəyə çıxaracaq

Milli Məclisin payız sessiyasında "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsini ikinci oxunuşda müzakirəyə çıxarılacaq. MM-in Ailə, qadın və uşaq məsələləri komitəsindən "Olaylar"a verilən məlumata görə, sənəd ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında 6 mart 2018-ci il tarixində Milli Məclisə daxil olub. Qanun uşaqların sağlam böyüməsi, onların psixi, fiziki, sosial inkişafına ziyan vuran informasiya məhsullarından müdafiə olunması sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir.  Sənəddə qeyd edilir ki, ölkə ərazisində istehsal olunan kompüter və digər elektron oyunların işarələnməsi satışa çıxarılmazdan, istehlakçıya təqdim edilməzdən və ya şəbəkəyə yerləşdirilməzdən əvvəl həyata keçirilməlidir.  Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhəddindən yüz əlli metrdən az olan məsafədə yayılmasına yol verilmir. Artıq qanun layihəsinin sözügedən komitədə müzakirəsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31