Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi
26 Sentyabr 2018 04:40 SosialAzərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Moskva diyarının mədəniyyət naziri təyin edilib.
Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, bu barədə Moskva diyarının qubernatoru Andrey Vorobyev məlumat verib. O, məlumatı region hökumətinin iclasında səsləndirib: "Moskva diyarının icra hakimiyyətində dəyişiklik var. Mədəniyyət naziri postuna Nərmin Oqtay Şirəliyevanı təyin etmişəm".
Xatırladaq ki, N.Şirəliyeva Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, müxtəlif kütləvi informasiya vasitələrində çalışıb.
İngilis və fransız dillərini bilir.
2013-cü ildən Moskva qubernatorunun administrasiyasında çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31