Şəkidə 86 yaşlı kişi itkin düşüb
25 Sentyabr 2018 17:41 Sosial1932-ci il təvəllüdlü Şəki sakini İslam Zahirov günorta saatlarında rayonda yaşadığı evdən mağazaya getmək adı ilə evdən çıxıb və indiyədək geri qayıtmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Evdən çıxanda əynində göy rəngli idman şalvarı, qara rəngli pencək, pencəyin altından geyinilən jilet və ayağında rezin ayaqqabı olub. Boyu 165 sm, orta bədən quruluşludur.
Şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinə 024-244-4-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31