Ailələrin dağılmasına səbəb olan xəyanət

İslamda bunun cəzası necə təsbit olunur? Son illər cəmiyyətimizdə ən çox yayılan problemlərdən biri də ailədə baş verən xəyanətdir. Qeyri-rəsmi məlumatlara görə, ölkədə baş verən boşanma hallarının əksəriyyəti məhz xəyanət səbəbindən olub. Daha çox isə qadınların öz həyat yoldaşına xəyanət etdiyi iddia olunur.

İslamda bunun cəzası necə təsbit olunur?

Son illər cəmiyyətimizdə ən çox yayılan problemlərdən biri də ailədə baş verən xəyanətdir. Qeyri-rəsmi məlumatlara görə, ölkədə baş verən boşanma hallarının əksəriyyəti məhz xəyanət səbəbindən olub. Daha çox isə qadınların öz həyat yoldaşına xəyanət etdiyi iddia olunur.

Tarixən, elə hazırda da bir sıra Şərq ölkələrində həyat yoldaşına xəyanət etmiş qadınlar ən ağır cəzalara məhkum edilirlər. Bəs görəsən dində bu həqiqətən öz əksini tapıbmı və həyat yoldaşına xəyanət edən qadın necə cəzalandırılmalıdır?

İlahiyyat üzrə fəlsəfə doktoru Ikrəm Həsənov deyir ki, insanlara mənəvi, dini, əxlaqi, Allahın kitabından, Allah Rəsulunun hədislərindən oxuduqda onlar qəlbən rahat olduqlarını etiraf edirlər. Bunu təcrübədən keçirənlər onun necə böyük bir nemət olduğunu dərk edirlər. Əkrəm Həsənov qeyd edib ki, bu gün cəmiyyətimizdə mənəvi məsələlərə xüsusi diqqət ayrılır, insanlar doğru İslam dəvətçiləri sayəsində öz dinlərini öyrənib yaşayırlar. Amma buna baxmayaraq etiraf etməliyik ki, mənəvi boşluqlarımız daha çoxdur. Xüsusilə efirlərdə müxtəlif xəyanətlərdən bəhs edən mövzuların olması, xəyanəti öyrədəcək teleserialların verilməsi, cəmiyyətdə gənc ailələrin, xüsusilə daha tez bu teleseriallara baxıb təsir altına düşən qadınların öz ərlərinə xəyanət etməsi son vaxtlar şiddətli artım göstərməyə başlayıb. Bununla bağlı çoxlu zənglər, mesajlar, şikayətlər bizə də gəlir. Bunun problem olaraq çarəsini həll etmək üçün cəmiyyətimiz maarifləndirici tədbirlər həyata keçirməlidir.  Bəs gəlin görək Allah təala Qurani Kərimdə bizə bu barədə nə deyir? Göndərdiyi Peyğəmbəri bizə hansı tövsiyyələri verir. Əvvəlcə qeyd edim ki, bu mövzu çox böyük, əhəmiyyətli və bir çox nüansları özündə cəm edən mövzudur. Həmçinin qeyd etmək istədiyimiz bu mövzunun içərisində olan nüanslardan əsası da bir qadının öz ərinə xəyanət etməsi məsələsidir. Xüsusi ilə bu gün bu məsələlər həddən artıq çoxdur və mənim üzərində duracağım əsas məsələ bu günlərdə bir ailədə baş verən olayla bağlı olacaqdır. Belə ki, bir ailədir. Ailədə ata, ana, iki yeniyetmə 12, 13 yaşlı uşaqlar var. Ata maddi cəhətdən elə də güclü imkana sahib deyil. Uşaqlar məktəbdə oxuyurlar. Ana isə uşaqların atasına, öz həyat yoldaşına xəyanət edir. Belə ki, ana daha imkanlı biri ilə münasibət qurur. Ərinə xəyanət edir. Uşaqlar isə ananın bu hərəkətindən iyrənirlər. Onu heç cür qəbul etmək istəmirlər. İş o yerə çatıb ki, qadın imkanı zəif ərindən boşanmaq və imkanı güclü kişiyə ərə getmək üçün məhkəməyə müraciət edib. Məhkəmədə isə dünyəvi, hüquqi qanunlar ərinə xəyanət edən qadın tərəfdədir. Belə halda bəs dinimizə görə necə olmalıdır? Günahkar kimdir və övladların aqibəti necə olsun? Təsəvvür edirisnizmi bu hələ sadəcə bir ailədə baş verən hadisədir. Belə xəyanətlər çoxdur və sonu heç də yaxşı olmur". Əkrəm Həsənov bildirib ki, İslam dininə görə bir kişi əgər bütün şərtlər yerindədirsə və ədalətli bir müsəlmandırsa, qadınlar arasında hamısını eyni səviyyədə saxlaya biləcəksə Allah təla tərəfindən 4 qadınla evlənməsinə icazə verilib: "Həmçinin İslam dininə görə boşama hüququ kişidə olur. Kişi qadına səni boşayıram dedikdən sonra qadın boşanmış olur. Əgər bir kişi müsəlman bir qadına əziyyət verirsə, onda qadını qaziyə müraciət edib məsələni ona deyə bilər, ərinin haqsızlığını vəlisinə (onu ərə verən atası, yaxud da əmisi, dayısı) vasitəsi ilə şəriət qazisinə deyə bilər. Valideynlərinin və yaxınlarının məsləhəti ilə qadın ona zülm edən ərindən boşanma tələb edə bilər. Amma bir qadın özünə oynaş seçərsə, ərinə xəyanət edərək pozğun həyat tərzi yaşayarsa və bu 4 şahidlə təsdiq olunarsa onda İslam dininə görə həmin qadın zina etmiş sayılar və İslama görə evli qadın və kişi zina edirsə cəzası daş-qalaqdır. Subay zina edərsə isə 100 şallaq vurular. Bununla onun etdiyi günahın kəffarəsi (cəzası) verilmiş sayılar və Allaha günahsız olaraq qovuşar. Amma cəza ona tətbiq edilməzsə, günahını gizlədərsə, Allahdan bağışlanmasını istəyərsə Allah təala ya onu bağışlayar və ya Cəhənnəmdə uzun müddət yandırar.  Əvvəlcə qeyd edək ki, Allah təla qadını kişinin paltarı, libası adlandırıb: "...Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız)..." (Bəqərə surəsi, 187). Həmçinin Allah təala qadını kişinin tarlası, bağı, bağçası (əkin yeri) adlandırıb: "(Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan (yaxşı əməllər) hazırlayın! Allahdan qorxun və (qiyamət günü) Onun hüzuruna gedəcəyinizi bilin! (Ya Rəsulum!) İman gətirənlərə (Cənnətlə) müjdə ver!" (Bəqərə surəsi 223). Allah təala Qurani Kərimdə qadınlar haqqında çox ayələr nazil edib. Xüsusi ilə yaxşı qadınların keyfiyyətlərini bizə xəbər verib: "...Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün. Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!" (Nisa surəsi 34).

Allah Təala Qurani-Kərimdə belə buyurur: "(Rəsulum!) Mömin kişilərə de ki, gözlərini harama dikməsinlər, namuslarını (məhrəm yerlərini) qorusunlar. Çünki bu, onlar üçün daha təmiz bir rəftardır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar" (Nur surəsi, 30-31)".

İlahiyyat üzrə fəlsəfə doktoru deyib ki, Allah təala Qurani Kərimdə evlənənlərə dindar qadın seçməyi əmr edib: "Həmçinin Allah təala Qurani Kərimdə buyurub ki, mömin kişilər mömin qadınlar üçündür, mömin qadınlar da mömin kişilər üçündür. Ona görə də mömin kişi evləndikdə qabaqcadan özünə yaxşı, mömin qadın seçməlidir. Həmçinin gələcək övladları üçün kişi saleh qadın seçməlidir.  Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) isə qadınlar haqqında belə buyurur: "Özümdən sonra kişilərə, qadınlardan daha zərərli bir fitnə buraxmadım" (Buxari, Müslim). İslamın qadına verdiyi önəm və əhəmiyyətin böyüklüyü ondan bilinir ki, Peyğəmbərimiz (səlləllahu aleyhi və səlləm) müsəlman gənclərə evlənərkən dindar qadın seçmələrini tövsiyə edib. İslam dini ailə yuvasının möhkəmliyinin və davamlılığının təmin olunması üçün, qadınlara böyük əhəmiyyət verərək, qadının dindarlığını əsas meyar hesab etmiş, Allahdan qorxan qadını seçib həyat yoldaşı etməyi, dindar vəsfli qadınlara üstünlük verməyi şərt qoymuşdur. Dinsiz qadın ərinin və övladlarının üzərində olan bir bəladır. Belə bir qadın ailə ocağının məruz qaldığı bir fəlakət qarşısında faydalı ola bilməz. Müslim öz "Səhih" əsərində rəvayət edir ki, Allahın elçisi (səlləllahu aleyhi və səlləm) belə buyurdu: "Dünya keçici bir şeydir. Onun içindəki ən yaxşı şey isə saleh qadındır". İbn Hibbanın rəvayət etdiyi səhih bir hədisdə Peyğəmbər (səlləllahu aleyhi və səlləm) buyurur: "Kişinin səadəti dörd şeydən ibarətdir:...". Peyğəmbər (səlləllahu aleyhi və səlləm) belə şeylərdən saleh qadını da qeyd etdi. Ət-Təbəraninın səhih isnadla rəvayət etdiyi bir hədisdə Peyğəmbərə (səlləllahu aleyhi və səlləm) ən yaxşı qadın haqqında sual verirlər: O (səlləllahu aleyhi və səlləm) da buyurdu: "Ən çox doğan və sevən bir qadındır, hansı ki, əri ona qəzəblənəndə öz əlini onun əlinin içinə qoyub deyir: "Allaha and olsun ki, sən razı olmayınca bir an da yatmaram". Sonda yuxarıda qeyd etdiyimiz bu və ya digər qadın xəyanəti ilə bağlı İslam mənbələrinə baxdıqda görürük ki, əvvəlcədən seçimi doğru etmək lazımdır. Evlilik məsələsində heç vaxt tələsmək olmaz. İstər qadın seçəndə, istər qadın özünə həyat yoldaşı seçəndə onun ən əsas qayəsi həmin seçdiyi gələcək ömür-gün yoldaşının Allaha iman edən olması, Allahdan qorxan olması, Allaha ibadət edən olması, yaxşı əməl sahibi olmasını nəzərə almalıdır. Bunu dəqiqləşdirməlidir. Bu çox təhlükəli və heç kimin heç nədən əmin olmadığı məsələdir. Qeyd etdiyimiz bu hadisədə isə qadının etdiyi İslam dininə görə zina sayılır. Zina edənin də İslam dinində ciddi cəzası vardır. Övladlarının atalarına qarşı xəyanət edən ananın yanında qalmaması, ondan iyrənmələri də normaldır. Ancaq dünyəvi hüququ cəhətdən məhkəmə qərarına görə övladlar müəyyən olunmuş yaş həddinə qədər ananın yanında qalmalıdırlar. İslam dininə görə yaşadığın ölkədə olan qanunlara tabeçilik göstərmək zərurəti vardır. Allah daha düzünü bilir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31