Dövlət Miqrasiya Xidməti “Miqrasiya Məktəbi” layihəsinə başlayır
Ali təhsil müəssisələrinin hüquqşünaslıq, politologiya, beynəlxalq münasibətlər və dövlət idarəçiliyi ixtisasları üzrə yuxarı kurslarında təhsil alan və ya ali təhsilini yeni bitirmiş gənclər Miqrasiya Məktəbində iştirak üçün dəvət olunur. Xidmətdən “OLAYLAR”-a bildirilib ki, məktəb barədə ətraflı məlumatı Konsepsiya Sənədindən əldə edə bilərsiniz.
25 Sentyabr 2018 14:00 SosialAli təhsil müəssisələrinin hüquqşünaslıq, politologiya, beynəlxalq münasibətlər və dövlət idarəçiliyi ixtisasları üzrə yuxarı kurslarında təhsil alan və ya ali təhsilini yeni bitirmiş gənclər Miqrasiya Məktəbində iştirak üçün dəvət olunur. Xidmətdən "OLAYLAR"-a bildirilib ki, məktəb barədə ətraflı məlumatı Konsepsiya Sənədindən əldə edə bilərsiniz.
İştirakçılar proqram çərçivəsində miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri barədə məlumat almaq, Azərbaycanda miqrasiyanın idarəolunması mexanizmi və hüquqi çərçivə ilə bağlı nəzəri və praktiki biliklər əldə etmək, eləcə də Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı qazanacaqlar.
Şərtlərə uyğun gələn, təlim proqramında iştirak etmək arzusu olan şəxslər CV, qeydiyyat forması təqdim etməlidirlər: İlkin seçimdən keçmiş şəxslər müsahibə üçün dəvət olunacaq. Proqramda iştirak üçün sənədlər 17 oktyabr 2018-ci il tarixədək elektron poçt ([email protected]) vasitəsilə qəbul olunur.