Nobel mükafatı laureatına həsr olunmuş dəyirmi masa
Azərbaycan Dillər Universitetində görkəmli yazıçı, Nobel mükafatı laureatı, ictimai və siyasi xadim Aleksandr Soljenitsının anadan olmasının 100-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masa ADU-nun “Ruşiyaşünaslıq mərkəzi” Elmi Tədqiqat Laboratoriyası (ETL) və Rusiya Məlumat-Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
25 Sentyabr 2018 12:45 SosialAzərbaycan Dillər Universitetində görkəmli yazıçı, Nobel mükafatı laureatı, ictimai və siyasi xadim Aleksandr Soljenitsının anadan olmasının 100-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masa ADU-nun "Ruşiyaşünaslıq mərkəzi" Elmi Tədqiqat Laboratoriyası (ETL) və Rusiya Məlumat-Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla A.Soljenitsının rus ədəbiyyatının görkəmli nümayəndəsi olduğunu, onun əsərlərinin bir çox digər ədəbiyyatçılara istiqamət verdiyini söyləyib. A.Soljenitsının əsərlərində daxili köləlik, insanın özü üzərində qələbə qazanmasından söz açıldığını deyən rektor Azərbaycanda çoxsaylı insanların yazıçının həyat və yaradıcılığına geniş bələd olduğunu diqqətə çatdırıb. Bir çox azərbaycanlı ədəbiyyatçıların repressiya qurbanı olduğunu deyən rektor Sovet dövründə ilk dəfə olaraq Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində azərbaycanlı dramaturq Hüseyn Cavidin nəşinin Azərbaycana gətirildiyini xatırladıb:
Dəyirmi masada ADU-nun rektorunun elm və təhsil məsələləri üzrə müşaviri dosent Seyfəl Həsənov A.Soljenitsının əsərlərinin Azərbaycan dilinə tərcüməsi prosesindən söz açıb, Beynəlxalq münasibətlər kafedrasının müdiri dosent Aida Yusifzadə "A.Soljenitsının siyasi baxışları" və Dünya ədəbiyyatı kafedrasının dosenti Rasimə Əsədzadə "A.Soljenitsının ədəbi irsi" mövzularında məruzə ilə çıxış ediblər.
Daha sonra A.Soljenitsın adına "Doma Russkoqo Zarubejya" şöbəsinin müdiri Qalina Tyurina "Dünyada və Rusiyada A.Soljenitsının 100 illiyi" mövzusunda mühazirə ilə çıxış edib.