İkibaşlı ilan tapıldı - FOTO
24 Sentyabr 2018 20:50 SosialABŞ-ın Virciniya ştatında bir evin bağçasında təbiətdə olduqca nadir rastımıza çıxan ikibaşlı zəhərli ilan tapılıb.
Olaylar.az xəbər verir ki, ilanın anatomiyasını tədqiq edən ekspertlər iki başın da zəhərli sancma xüsusiyyətinə malik olduğunu bildiriblər.
Virciniya Vəhşi Təbiət Mərkəzinin mütəxəssisləri ilanın əsas başının soldakı baş olduğunu qeyd edirlər. Riçmond şəhərində tapılan ikibaşlı ilanın təbiətdə həyatda qalması çox çətin olduğu üçün ilan mühafizəyə götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31