Bağlanan Bakı İslam Universitetinin tələbələrinin aqibəti məlum oldu

Nazirlər Kabineti tərəfindən Dövlət İmtahan Mərkəzinə Bakı İslam Universiеetinin I kursunda təhsil alan tələbələrin başqa ali məktəblərə yerləşdirilməsi üçün müraciət edilib.

Bunu DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə  deyib.

X.Xanlarzadənin sözlərinə görə, hazırda Bakı İslam Universiеetinin I kursunda təhsil alan tələbələrin digər ali məktəblərin boş qalan ixtisaslarına yerləşdirilməsi prosesi aparılır. Tələbələrin yerləşdirilməsi zamanı onların ali məktəblərə qəbul imtahanlarında topladığı ballar nəzərə alınır.

DİM rəsmisi Bakı İslam Universitetinin I kursunda hazırda 139 tələbənin təhsil aldığını deyib.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidməti Bakı İslam Universitetinin bağlanması barədə məlumat yayıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31