İlahiyyat Institutu bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

24 sentyabr 2018-ci il tarixdə Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) tələbələrə ödənişsiz dərsliklərin təqdim edilməsinə həsr olunmuş tədbir keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, Aİİ rektoru Ceyhun Məmmədov tələbələri salamlayaraq bütün sahələrdə olduğu kimi ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrıldığını qeyd edib. Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu, Aİİ-də dövlətimizin qayğı və təminatı ilə hər cür şəraitin yaradıldığını, təhsilin ödənişsiz əsaslarla təşkil edildiyini, bütün dərs vəsaitlərinin pulsuz verildiyini diqqətə çatdıran rektor tələbələrin dərs vəsaiti ilə təmin olunmasını birbaşa cənab Prezidentin göstərişi əsasında həyata keçirildiyini vurğulayıb. Aİİ-nin, nəinki ölkəmizdə, hətta bütün dünyada seçilən ali təhsil müəssisəsinə çevrilməyi qarşısına məqsəd qoyduğunu bildirən rektor bununla bağlı tələbələrin üzərinə düşən böyük məsuliyyəti xatırladıb. C.Məmmədov dövlət tərəfindən göstərilən etimadı doğrultmaq üçün tələbələri dərslərdə aktiv olmağa, dil bilgilərinə yiyələnməyə, institutun ictimai həyatında fəallıq göstərməyə, İslamın mahiyyətini, dinin əsaslarını, milli adət-ənənələrimizi, böyük dövlətçilik irsimizi dərindən öyrənməyə çağırıb. C.Məmmədov bildirib ki, şəffaf, modern, qabaqcıl seçim meyarları ilə formalaşdırılan insitututda dünya standartları ilə ayaqlaşan yüksək təhsilin verilməsi nəzərdə tutulub.

Sonra Aİİ rəhbərliyi tərəfindən institutun I-IV kurs tələbələrinə İslam tarixi, İslam məzhəbləri tarixi, İslam əxlaqı, Əqaid, Təsəvvüf, Azərbaycanda multikulturalizmin əsasları, Fars dili, İngilis dili fənlərindən dərsliklər təqdim edilib. Bildirilib ki, digər fənlər üzrə də kitabların verilməsi ən yaxın günlərdə təmin olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31