Epizoodik tədbirlər davam etdirilir

Cari ilin ötən 8 ayı ərzində Azərbaycan ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq ölkə ərazisində iri və xırdabuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndləmə və qanalma tədbirləri aparılıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən "Olaylar"a verilən məlumata görə, 2018-ci ilin ötən 8 ayı ərzində bruselyoz xəstəliyinə qarşı 1471330 baş xırdabuynuzlu heyvanda "Rev-1" vaksini ilə, 366947 baş iribuynuzlu heyvanda "S-19" vaksini ilə peyvəndləmə işləri aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31