Bakıda avtobusda sahibsiz uşaq tapılıb — FOTO
24 Sentyabr 2018 15:59 SosialBu gün saat 14 radələrində 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda 5-6 yaşlı oğlan uşağı tapılıb.
Bu barədə "Xaliq Faiqoğlu" MMC məlumat yayıb.
Qeyd olunub ki, azyaşlı avtobusla hara getməli olduğunu, yaşadığı ünvanı bilmədiyini deyib. Şirkət əməkdaşları tərəfindən dərhal DİN 102 qaynar telefon xəttinə və yaxınlıqdakı polis bölməsinə bu barədə məlumat verilib.
Uşağı tanıyanlardan ailə üzvlərinə məlumat vermələrini xahiş ediilir.
"Ölkə.Az"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31