Kəmaləddin Heydərov Horadizdə qəbul keçirəcək
24 Sentyabr 2018 15:51 SosialAzərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 28 sentyabr 2018-ci il tarixində Horadiz şəhərində, Muğam Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək. Nazirlikdən "Olaylar"a bildirilib ki, qəbulda yalnız Füzuli, Beyləqan, Ağcabədi, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır. Qəbula gələn vətəndaşların qeydiyyatı Muğam Mərkəzinin binasında 27 sentyabr 2018-ci il tarixində saat 09.00-da başlayacaqdır.Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə: tel: +994 (12) 512-01-14; e-mail: [email protected]
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31