Azərbaycanda əhali nə qədər çörəyi israf edir? - RƏSMİ

Azərbaycanda dayanıqlı ərzaq və kənd təsərrüfatının DİM-lərinin əldə olunmasına töhfəsini sürətləndirmək mövzusunda Milli Seminar keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Araşdırmalar Mərkəzinin direktor məsləhətçisi Həsən Quliyev çıxışına Azərbaycanda qida israfı haqda danışmaqla başlayıb. O qeyd edib ki, bu gün ölkəmizdə çörək tullantısı ilə bağlı rəqəmlər digərləri ilə müqayisədə yüksəkdir:

"Azərbaycanda çörək israfı 30 faizdir. Bu da digər ölkələrlə müqayisədə yüksəkdir".

Azərbaycanda çalışan əhalinin 38 faizinin kənd təsərrüfatının payına düşdüyünü deyən H.Quliyev özüntəminatla bağlı bəzi rəqəmləri açıqlayıb və qeyd edib ki, bu gün ölkəmizdə 2 milyon 700 min iribuynuzlu heyvan varsa, onun 1milyon 200 mini süd verir. Gündəlik əldə olunan nəticələr isə digər ölkələrlə, məsələn İsraillə müqayisədə isə kifayət qədər aşağıdır. H.Quliyev bildirib ki, Azərbaycanın özünü südlə təminatı 85 faizdir, DİM-lə bu rəqəmin 95 faizə çatdırılması planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31