Diaspor təşkilatları üçün yeni imkan

Dövlət Komitəsi və İctimai Televiziyanın birgə layihəsini ayrı-ayrı diaspor təşkilatları müsbət qarşılayır Müstəqillik illərindən sonra hər bir sahə kimi diaspor sahəsində də müşahidə edilən tərəqqi, inkişaf qısa müddət ərzində Azərbaycan diasporunun genişlənməsi. yayılmasına, ölkəmizin haqq səsinin diaspor təşkilatları vasitəsilə dünya ölkələrinə çatdırılmasına zəmin yaratdı. Dünyanın demək olar ki, hər bir ölkəsində fəaliyyət göstərən diaspor təşkilatları Azərbaycan dövlətinin dəstəyi, diqqət və qayğısı nəticəsində fəaliyyət göstərdiyi ölkələrin ictimai-siyasi həyatında fəal rol oynamağa başladı.

Dövlət Komitəsi və İctimai Televiziyanın birgə layihəsini ayrı-ayrı diaspor təşkilatları müsbət qarşılayır

Müstəqillik illərindən sonra hər bir sahə kimi diaspor sahəsində də müşahidə edilən tərəqqi, inkişaf qısa müddət ərzində Azərbaycan diasporunun genişlənməsi. yayılmasına, ölkəmizin haqq səsinin diaspor təşkilatları vasitəsilə dünya ölkələrinə çatdırılmasına zəmin yaratdı. Dünyanın demək olar ki, hər bir ölkəsində fəaliyyət göstərən diaspor təşkilatları Azərbaycan dövlətinin dəstəyi, diqqət və qayğısı nəticəsində fəaliyyət göstərdiyi ölkələrin ictimai-siyasi həyatında fəal rol oynamağa başladı.

Bu gün də əminliklə deyə bilərik ki, Azərbaycan dövlətinin diqqət və qayğısı nəticəsində diaspor təşkilatlarımız uğurlu fəaliyyət göstərir. Bəzən diaspor təşkilatlarımızın fəaliyyət göstərdiyi ölkədə təşkil etdikləri tədbirlərin, konfransların cəmiyyətə çatdırılması, həmin fəaliyyətlər barədə ictimaiyyətin məlumatlandırılmasında çətinliklər olsa da, lakin tədricən həmin problemlər də aradan qalxır. Bu sırada Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Belə ki, son aylarda fəaliyyətində müsbət istiqamətə doğru çox böyük dəyişikliklərə imza atan Diasporla İş üzrə Dövlət Komitəsi daha bir yeniliyə imza atıb. Belə ki,  artıq soydaşlarımızın səbirsizliklə gözlədiyi "Vətən uzaqda deyil" ixtisaslaşmış televiziya proqramı fəaliyyətə başlayır. Diasporla İş üzrə Dövlət Komitəsinin İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə birgə layihəsi olan "Vətən uzaqda deyil" diaspor proqramının ilk buraxılışı sentyabrın 24-dən 25-nə keçən gecə saat 00.10-da yayımlanacaq. İlk buraxılışda "Cümhuriyyətun 100 illiyi" Diaspor Gənclərinin I Yay düşərgəsindən bəhs ediləcək. 37 ölkədən gəlmiş gənclərin Yay düşərgəsi və Azərbaycan haqqında təəssüratları, diaspor gənclərinin gələcəyə baxışı, ölkəmizdə və xaricdə yaşayan gənclərin maraqlı debatı, diaspor gənclərini vətənə bağlayan tellər və s. kimi məsələlərlə ilk buraxılışda tanış ola bilərsiniz. Bu arada bir məqama xüsusi diqqət çəkmək lazımdır ki, bu da Diasporla İş üzrə Dövlət Komitəsinin gənclərlə işləməyə üstünlük verməsidir. Etiraf edək ki, uzun illərdir xarici ölkələrdə təhsil alan və ya çalışan gənclərimizin diaspor fəaliyyətinə cəlb edilməsi, onların potensialından istifadə olunması təşəbbüsü səsləndirilir. Düzdür, müəyyən zaman kəsiyində bu imkanlardan istifadə etməyə maraq göstərilib. Lakin mövcud potensialdan yetərincə istifadə edilməyib. Ancaq bir müddət əvvəl Şəki şəhərində baş tutan Diaspor Gənclərinin I Yay düşərgəsi qeyd etdiyimiz istiqamətdə atılan ən uğurlu addımlardan biri idi.

Qeyd edək ki,  Diasporla İş üzrə Dövlət Komitəsinin İctimai Televiziya ilə birgə həyata keçirdiyi "Vətən uzaqda deyil" proqramı layihəsinin əsas məqsədi dünya azərbaycanlılarının müzakirə platformasını formalaşdırmaq, soydaşlarımızı maraqlandıran məsələlərin müzakirəsini təşkil etmək və soydaşlarımız arasında, eləcə də soydaşlarımızla tarixi vətənləri arasındaetibarlı körpü yaratmaqdan ibarətdir. "Vətən uzaqda deyil" TV layihəsinin buraxılışlarını Dövlət Komitəsinin onlayn "Diaspor TV" ünvanında da izləmək mümkündür.

Diasporla İş üzrə Dövlət Komitəsi və İctimai Televiziyanın birgə  "Vətən uzaqda deyil" adlı proqram təşkil etməsi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız tərəfindən müsbət qarşılanıb. Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi deyib ki, belə bir proqramın hazırlanması və efirə getməsi bir neçə istiqamətdən faydalıdır. Onun sözlərinə görə, ilk növbədə diaspor təşkilatlarının cəmiyyətlə təmasda olması baxımından faydalıdır: "Yəni, həmin proqram vasitəsilə cəmiyyət , insanlarımız hansı ölkələrdə hansı diaspor təşkilatlarımızın fəaliyyət göstərdiyini, nə kimi işlər gördüklərini, Azərbaycanı necə təbliğ etdiklərini aydın şəkildə görəcəklər. Eyni zamanda diaspor təşkilatları olaraq həyata keçirdiyimiz layihələr, təşkil etdiyimiz tədbirlər barədə xalqın bilgiləndirilməsi baxımından olduqca vacibdir. Üçüncü bir məqam ondan ibarətdir ki, belə proqram vasitəsilə Azərbaycan xalqı əsl diaspor fəaliyyəti ilə kimlərin məşğul olduğunu görəcək, onları yaxından tanıyacaq. Ona görə də hesab edirəm ki, belə bir proqramın hasırlanıb efirə getməsi olduqca müsbətdir". Ayhan Dəmirçi qeyd edib ki, bu kimi verilişlər, proqramlar faydalı məsələlər ətrafında müzakirələrin aparılması, diaspor təşkilatları arasında efir vasitəsilə fikir mübadiləsinin həyata keçirilməsi baxımından da maraqlıdır.

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu da Diasporla İş üzrə Dövlət Komitəsi və İctimai Televiziyanın birgə layihəsi olan "Vətən uzaqda deyil" proqramının hazırlanmasınıə alqışlayıb. Dərnək sədri deyib ki, bu həm də diaspor təşkilatları üçün yaradılan bir fürsətdir, tribunadır: "Bu proqrama uğurlar arzulayıram və onun diasporamız üçün faydalı olacağına əminəm". Səfər Karakoyunlu da deyib ki, sözügedən proqram ayrı-ayrı diaspor təşkilatlarının gördüyü işlər, göstərdiyi fəaliyyətləri cəmiyyətə çatdırmaqla yanaşı ayrı-ayrı təşkilatların məsuliyyət hissini də artıracaq və istər-istəməz təşkilatlar daha aktiv fəaliyyət göstərməyə meyilli olacaqlar: "Bu proqram həm də diaspor təşkilatlarımızın gördüyü işlər barədə hesabat verməsi deməkdir. Heç şübhəsiz ki, hər bir diaspor təşkilatı da çalışacaq ki, xalqa yaxşı hesabat versin". İSTAD sədri proqramın ideya müəllifləri, təşkilatçıları, ümumiyyətlə bu işdə əməyi keçən hər kəsə təşəkkürünü ifadə edib və proqrama uğurlar arzulayıb: "Ümid edirəm ki, çox uğurlu bir proqram olacaq və diasporamıza yeni nəfəs gətirəcək".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31