Stokholmda Azərbaycan tədris kursları açılıb
24 Sentyabr 2018 14:58 SosialStokholmda fəaliyyət göstərən İsveç Azərbaycan Birliyinin (SAF) nəzdindəki tədriskurslarının təqdimatı keçirilib. Tədbirdə SAF-ın sədri Sevda Dadaşova kurslarla bağlıməlumat verərək bildirib ki, layihənin məqsədi İsveçə miqrasiya etmiş orta yaşlı və dahaçox yaşı olan soydaşlarımızın adaptasiya, bu ölkədə doğulmuş uşaqların isəassimilyasiya probleminin həllinə dəstək göstərmək, uşaqların inkişafını təmin etmək,onlara Azərbaycan adətlərini aşılamaq, dilimizi yaşatmaq, mədəniyyətimizi və tariximiziöyrətmək, eyni zamanda, gənc soydaşlarımız arasında istedadlı uşaqları aşkar edərəkonların inkişafına kömək etməkdir. SAF kurslarında Azərbaycan dili ilə yanaşı, isveç, ingilis və rus dillərinin tədrisi dənəzərdə tutulub. Həmçinin, burada uşaqlar üçün kompüter, rəsm, musiqi, rəqs, yoqa,şahmat, karate kimi idman növlərinin öyrədilməsi planlaşdırılır. SAF-ın da daxil olduğu İsveç-Azərbaycan Federasiyasının sədri Səttar Sevigin isəxaricdəki soydaşlarımız arasında Azərbaycan dilinin, mədəniyyətinin qorunması üçünbelə kursların əhəmiyyətini vurğulayaraq, valideynləri bu məsələdə daha fəal olmağaçağırıb. Bu kursların həmçinin, İsveçdəki azərbaycanlı ailələrin bir-biri ilə ünsiyyətibaxımından faydası da vurğulanıb.Kursa gələn uşaqların ailələri ilə birgə İsveçin görməli yerlərinə və Azərbaycanasəfərlərinin təşkili də planlaşdırılır