Tarixini unutma! – TAM-ın Gəncədə tədbiri keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ldə elan etdiyi Qrant müsabiqəsində qaliblərdən biri də “Turan Araşdırma Mərkəzi” İB-də olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ldə elan etdiyi Qrant müsabiqəsində qaliblərdən biri də "Turan Araşdırma Mərkəzi" İB-də olmuşdur.

TAM-ın qalib gəlmiş "Tarixini unutma!" adlı tədbirlərin keçirilməsi layihəsi, 200 ildən artıq bir zaman kəsiyində ermənilərin əli ilə müxtəlif xalqlar tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırım hadisələrindən bəhs edcək. Belə ki,  XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən birinin azərbaycanlıların düşünülmüş, məqsədli olaraq kütləvi surətdə soyqırıma, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınmasının  vətəndaşlarımızın nəzərinə çatdıracaqdır.

İrəvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə ermənilərin və tərəfdaşlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımını içtimaiyyətə bir daha açıqlamaq və eyni zamanda, zaman-zaman Azərbaycan dövlətindən zor gücünə qoparılmış Vətən torpaqlarını  tanıdmaqdır.

Layihə çərçivəsində "Qafqaz İslam Ordusu və Gəncə" adlı tədbirin  27 sentyabr saat 11.00 da Gəncə Aqrar Universitetinin (Gəncə şəhəri) akt zalında keçirəcəkdir.

Tarixsevərlər və media nümayəndələri dəvətlidir.

Tədbirin informasiya dəstəyi ONN və Olaylar İnformasiya Agentliklərinə məxsusdur.

Əlaqə nömrəsi +99450 -310-22-54

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31