İnsan nə qədər vaxta sevə bilər? – Alimlər hesabladı

Alimlər insanların bir-birini sevməsi üçün nə qədər vaxt lazım olduğunu hesablayıblar.

Neyrobioloqların yeni araşdırmalarına görə insanın qarşı cinsə aşiq olması üçün təxminən 303 millisaniyə gərəkdir.

Bunlardan 244-ü onların gender mənsubluğunu aydınlaşdırmağa, 59-u isə onun bəyənib-bəyənmədiyini aydınlaşdırmağa sərf edilir.

Ümumi hesabla aşiq olmaq üçün ortalama 3 saniyə tələb olunur.

Almaniyanın Bamberq universitetinin alimi Klaus Kristian tələbələr arasında sorğu keçirərək onlara 100 foto göstərib. Tələbələr isə qarşılarındakıları incələyərək fikirlər bildiriblər.

"Hər bir tələbə fərqli seçimlər edirdi. Cəzbedici hesab etdiklərinə beyinləri dərhal reaksiya verir" - deyə alman alim öz açıqlamasında qeyd edib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31