Dənizkənarı Milli Parkda “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda "Beynəlxalq Sülh Günü"nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da iştirak edib.

Beynəlxalq Sülh Gününün təsis olunması tarixi və əhəmiyyətindən danışan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, bu il Beynəlxalq Sülh Günü, "Sülh hüququ: Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 70 illiyi" devizi altında keçirilir. O, ölkəmizdə də bu günün hər il yüksək səviyyədə qeyd olunduğunu bildirib. Nazir vurğulayıb ki, "Beynəlxalq Sülh Gün"ü ilə əlaqədar ombudsmanın təşəbbüsü ilə ölkəmizdə hər il 21 avqust - 21 sentyabr tarixlərində "Sülh aylığı" keçirilir. Bu ay çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də müvafiq tədbirlər təşkil olunur.

BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident əlaqələndiricisi Qulam İsakzai BMT ilə Azərbaycan arasında insan hüquqlarının qorunması istiqamətində səmərəli əməkdaşlığın qurulduğunu vurğulayıb. O bildirib ki,  Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsindən 70 il keçsə də, bu gün də bu istiqamətdə səmərəli işlər görülərək maarifləndirmə işləri aparılır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan əl işlərindən ibarət sərgiyə baxdı. Sərgidə əlilliyi olan şəxslərin sülh mövzusunda yaratdığı incəsənət nümunələrinə, tematik əyləncə güşələrinə də baxış oldu.

Heydər Əliyev Fondunun vitse-prezidenti burada sərgilənən əl işlərinin müəllifləri ilə söhbət etdi, əsərlərin yaradılması prosesi ilə maraqlandı, onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzuladı.

Leyla Əliyeva BOCCIA İdman Federasiyasının idmançıları ilə də görüşdü. Ölkəmizdə BOCCIA idmanının yaradılması Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşıb.1984-cü ildə Paralimpiya Oyunlarının proqramına daxil edilən BOCCIA 34 il ərzində 50 ölkədə inkişaf etdirilərək sürətlə məşhurlaşıb. Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən 2013-cü ildən ölkəmizdə BOCCIA idman növünün təbliğinə başlanılıb və bu idman növü üzrə milli komanda yaradılıb. Azərbaycan idmanı üçün yenilik olan bu idman növündə ağır kateqoriyalı əlillik dərəcəsi olan uşaqlar, gənclər və yaşlılar güclərini sınaya bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31