Çinin Xuçjou Universitetinin nümayəndə heyəti Bakıda

Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü Çin Kommunist Partiyası Xuçjou Universiteti təşkilatının katibi, professor Lyu Cienxonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Dillər Universitetinin  rektoru, AMEA-nın həqiqi üzvü Çin Kommunist Partiyası Xuçjou Universiteti təşkilatının katibi, professor Lyu Cienxonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan rektor Kamal Abdulla Azərbaycan-Çin əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini, ADU-nun Çinin müxtəlif universitetləri ilə gözəl münasibətlər qurduğunu söyləyib.

Kamal Abdulla bu münasibətlərin daha dərin və geniş olmağının tərəfdarı olduğunu bildirib.

Çin Kommunist Partiyası Xuçjou Universiteti təşkilatının katibi, professor Lyu Cienxon Bakıya səfərdən məmnun olduqlarını qeyd edib, Azərbaycan paytaxtının gözəl və inkişaf etmiş şəhər olduğunu sözlərinə əlavə edib.

Azərbaycanının Çinlə gözəl münasibətlərindən danışan Lyu Cienxon ADU-nun Çin universitetləri ilə yaxşı münasibət qurduğunu diqqətə çatdırıb. Qonaq ADU-dakı Konfutsi İnstitutunun fəaliyyətinə xüsusi qayğı və diqqətlə yanaşdığına görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirib.

Professor Lyu Cienxon qeyd edib ki, münasibətlərin daha yüksək səviyyəyə çatması üçün bu cür görüşlərin tez-tez baş tutması vacibdir.

Sonra çinli qonaqlar ADU-da fəaliyyət göstərən Konfutsi İnstitunun fəaliyyəti ilə tanış olublar. Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov rəhbərlik etdiyi qurumun Çinin "Bir kəmər - bir yol" qlobal layihəsinin reallaşdırılması sahəsində tədqiqatlar üzrə püxtələşdiyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31