Mediada uşaq hüquqlarının qorunması mövzusu müzakirə edilib

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyi (ADİİM) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Uşaq hüquqlarının qorunması ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili" adlı layihəsinin son tədbirini keçirib. "OLAYLAR"-a İctimai Birlikdən verilən məlumata görə, Avrasiya İnformasiya Agentliyinin redaksiyasında baş tutan tədbirdə media nümayəndələri iştirak edib. 
Tədbiri açan QHT rəhbəri Cavid Şahverdiyev öncə layihə haqqında qısa məlumat verərərk bildirib ki, əsas məqsəd uşaqlara onların hüquqları barədə məlumat vermək, konstitusiyada onlara verilən hüquqlardan istifadə qaydalarını öyrətməkdir. 

ADİİM sədri bildirib ki, Siyəzən və Xaçmaz rayonlarında məktəblilər və uşaq bağçalarında tərbiyə alan uşaqların, valideynlərin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə 4 tədbir keçirilib. Bu tədbir isə mediada uşaq hüquqlarının qorunması ilə bağlıdır. 

C.Şahverdiyev qeyd edib ki, dövlətin qayğısı ilə əhatələnən uşaqların hüquqlarının qorunması, təmin edilməsi, bu sahədə mövcud olan problemlərin həlli medianın da diqqətindədir. Uşaq hüquqları hər bir dövlətin xüsusi diqqət ayırdığı sahədir. Son illər bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl işlər aparılır, respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, konvensiyalara qoşulur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31