Bakıda QORXUNC HADİSƏ: avtomobillər dağıntı altında qaldı - ŞOK
24 Sentyabr 2018 00:39 SosialBu gün Bakı şəhərinin Yasamal rayonu ərazisində uçqun hadisəsi baş verib.
Publika.az xəbər verir ki, "Hyatt Regency" otelinin yaxınlığında hasar park edilmiş avtomobillərin üstünə uçub. Hadisə nəticəsində avtomobillərə xeyli ziyan dəyib.
Uçqun nəticəsində ümumilikdə 6 avtomobil əzilib. Onlardan 4-ü yararsız vəziyyətə düşüb.
Hadisə yerinə sığorta şirkətinin nümayəndələri dəvət edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31