Bakıda yağan güclü yağış uçquna səbəb oldu
23 Sentyabr 2018 11:13 SosialBu gün səhər saatlarında Bakıda müşahidə olunan güclü yağış uçquna səbəb olub.
Hadisə paytaxtın İzmir küçəsi, 7a ünvanında baş verib.
Belə ki, güclü yağış suları yaşayış binasının ətrafında çəkilmiş hasarın bünövrəsini yuyub və divar yaxınlıqda dayanmış avtomobilin üzərinə aşıb.
Həmin görüntüləri təqdim edirik.
Qeyd edək ki, bu gün Bakıda müşahidə olunan güclü leysan yağışları paytaxtda müxtəlif fəsadlara səbəb olub.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31