Ölkəmizə payız gəldi
23 Sentyabr 2018 11:00 SosialAzərbaycana payız fəsli gəlib.
Olaylar.az-in məlumatına görə, payız fəsli Azərbaycana Bakı vaxtı ilə saat 05:54-də daxil olub. Bu gün gecə və gündüz bərabərliyi baş verəcək. Məhz bu gündən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Artıq Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir.
Gecələrin uzanması dekabrın 22-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq. Ölkəyə qış fəsli isə dekabrın 22-i Bakı vaxtı ilə saat 02:22-də gələcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31