Qoruqda qanunsuz ov edən şəxs cərimələnib

Qanunsuz ov edən şəxs cərimələnib. "Olaylar" xəbər verir ki, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 19-da Lənkəran rayonunda "Qızılağac" qoruğunun ərazisində qanunsuz ov etdiyinə görə Masallı rayon sakini Muxtar Orucov saxlanılıb. Ondan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "Baykal" markalı ov tüfəngi, 13 ədəd patron, 9 ədəd giliz, 1 ədəd kəmər (patron qatarı) və 4 ədəd çöl quşu götürülüb. M.Orucov barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi (balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) ilə protokol tərtib edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31