Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlərin sənəd qəbulu başa çatır

\Bəzi bölgələrdə yaradılması nəzərdə tutulmuş yeni "ASAN xidmət" mərkəzlərində təşkil olunacaq notariat kontorlarında, habelə hazırda Şirvan şəhəri, Beyləqan, Xaçmaz, Lənkəran, Salyan, Yevlax rayonlarında vakant olan notarius vəzifələrinin komplektləşdirilməsi məqsədilə elan edilmiş müsabiqə üzrə sənədlərin qəbulu müddəti cari ilin oktyabr ayının 1-dək davam edəcək. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a bildirilib ki,  "Notariat haqqında" Qanuna və "Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası"na əsasən toplanmış sənədlərin qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğu Nazirlikdə araşdırılaraq İxtisas Komissiyasına təqdim olunacaq. Test imtahanının vaxtı və yeri barədə Ədliyyə Nazirliyinin İxtisas Komissiyası tərəfindən məlumat veriləcəkdir. Əlavə məlumatları nazirliyin internet saytından (www.justice.gov.az), habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31