Hansı məhsulları soyuducuda saxlamaq doğru deyil?
Qida məhsullarını mağazadan aldıqdan sonra, onların keyfiyyətini itirməməsi üçün çoxumuz soyuducudan faydalanarıq. Amma bütün məhsulları soyuducuda saxlamaq düzgün deyil.
21 Sentyabr 2018 13:20 SosialQida məhsullarını mağazadan aldıqdan sonra, onların keyfiyyətini itirməməsi üçün çoxumuz soyuducudan faydalanarıq. Amma bütün məhsulları soyuducuda saxlamaq düzgün deyil.
"OLAYLAR" Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, bəzi qidalar soyuq mühitdə daha tez xarab olur.
Mütəxəssislər soğan, kartof, pomidor, sarımsaq, çörək, banan, bal, şokolad, ananas, qəhvə və s. kimi qida məhsullarını soyuducuda saxlamamağı tövsiyə edirlər.
Belə ki, soyuducuda saxlanılan soğan, sarımsaq yumuşalır və tez xarab olur, bal kristallaşır, çörək tez kiflənir, pomidor, kartof, şokolad dadını, qəhvə dadı ilə yanaşı qoxusunu, banan və ananas isə qida dəyərini itirir. Yuxarıda sadalanan qida məhsullarını quru və sərin mühitdə saxlamaq kifayət edir.