Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu işçi axtarır
21 Sentyabr 2018 12:42 SosialAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunda yüksək məvacibli vakant vəzifələrin tutulması üçün müsahibə elan olunub.
Bu barədə "OLAYLAR" -a institutdan məlumat verilib.
Müsahibədə ali təhsili olan mikrobioloqlar, virusoloqlar, xromatoqrafiya, AAS, İCP MS üzrə təcrübəsi olan kimyaçılar, PCR üzrə təcrübəsi olan genetiklər, magistratura dərəcəsi olan baytar həkimlər, keyfiyyətə nəzarət üzrə mütəxəssislər iştirak edə bilərlər.
Müraciət etmək istəyən namizədlər sentyabrın 21-dən oktyabrın 17-dək Qida Təhlükəsizliyi İnstitutuna müraciət edə bilərlər. Ünvan: Bakı şəh., S.S.Axundov küç. 73c. Əlaqə nömrəsi: (012) 565-12-82 (573)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31