“Neftçilər günü” münasibətilə seminar keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Bakı Dövlət Sosial–İqtisadi Kollecində “Neftçilər günü” münasibətilə “Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət neft siyasətinin banisidir” mövzusunda seminar keçirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Bakı Dövlət Sosial-İqtisadi Kollecində "Neftçilər günü" münasibətilə "Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət neft siyasətinin banisidir" mövzusunda seminar keçirib.

Kollecin direktoru, pedaqoji elmlər doktoru Vidadi Orucov ölkəmizin qabaqcıl tədris müəssisələrindən birində Bilik Fondunun təşkil etdiyi tədbirin tələbələrin iqtisadi, elmi-praktik biliklərinin artmasında əhəmiyyətli rolu olacağını bildirib.

Mühazirəçi Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, iqtisad elmləri doktoru, professor Məhəbbət Məmmədov mövzu ilə bağlı video-təqdimatında Azərbaycan neftinin qədim tarixi və ölkəmizin neft-qaz sənayesinin inkişaf mərhələləri, həmçinin son illərdə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib. Mühazirəçi tələbələrin çoxsaylı suallarına cavab verib, interaktiv qaydada onların neft sənayesinə dair biliklərini də sual-cavablarla dəyərləndirib.

Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla çıxışında Fondun maarifçilik layihələri barədə barədə məlumat verib, tələbələri bu layihələrdə fəal işirak etməyə çağırıb. 20-dək elmi əsərin müəllifi olan professor M.Məmmədovun uzun illər Energetika Nazirliyində xarici əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmaqla elmi-praktik şəkildə "Əsrin müqavilə"sinn reallaşması istiqamətində dəyərli fəaliyyət göstərdiyini qeyd edib, mühazirəçiyə maraqlı, yaddaqalan təqdimata görə təşəkkür edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31