SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20 Sentyabr 2018 18:07 SosialSOCAR-ın prezidenti Rövnəq Abdullayevin müvafiq əmrlərinə əsasən, "Neftçilər günü" peşə bayramı ilə əlaqədar respublikamızın neft, qaz və kimya sənayesinin inkişafındakı xidmətlərinə görə bir qrup neftçi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Fəxri neftçi" döş nişanı ilə təltif ediliblər. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Dövlət Neft Şirkətinin mətbuat xidməti yayıb.
Qeyd edək ki, SOCAR-ın idarə və müəssisələrində çalışan 126 əməkdaş bu mükafata layiq görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31