DGK-nın 3500 əməkdaşı attestasiyadan keçiriləcək
20 Sentyabr 2018 14:33 SosialDövlət Gömrük Komitəsində çalışan 3500 əməkdaş imtahan verərək attestasiyadan keçiriləcək. "Olaylar" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev VII "Beynəlxalq Caspian Energy Forum Baku-2018"də bildirib.
"Attestasiya imtahanından keçməyənlər gömrük sıstemindən xaric ediləcəklər. Çalışırıq ki, əməkdaşlarımız 1 ildən artıq eyni yerdə işləməsinlər. Hazırda 3500-ə yaxın əməkdaşımız var. Onların hamısı rotasiya qaydasında çalışır", - deyə İqbal Babayev qeyd edib.
İ.Babayev hazırda ölkədə 50 gömrük postunun fəaliyyət göstərdiyini deyib. Bildirib ki, bu gömrük postlarından 31-i sərhəd, 19-u isə yerlərdə yaradılmış gömrük postlarıdır. Eyni zamanda, 5 gömrük idarəsi yaradılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31