Dünyanın ən ölümcül infeksiyası açıqlanıb
20 Sentyabr 2018 13:21 SosialTuberkulyoz dünyanın ən ölümcül infeksion xəstəliyi hesab olunur.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir.
Qeyd olunur ki, 2017-ci ildə dünyada 10 milyon insan bu xəstəliyə yoluxub, 1,6 milyon nəfər xəstəlik nəticəsində həyatını itirib.
Tuberkulyozla mübarizə çərçivəsində 2000-ci ildən bu günə kimi 54 milyon ölümün qarşısını almaq mümkün olub.
ÜST hesabatda bildirib ki, 2018-ci ildə tuberkulyozla mübarizə proqramlarının icrası üçün 3,5 milyard dollar tələb olunacaq.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31