Nuru paşa ilə bağlı bilmədikləriniz
Bu qəhrəmаn xilаskаr kimdir?
20 Sentyabr 2018 12:40 SosialBu qəhrəmаn xilаskаr kimdir?
Sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsinin 100-cu ili tamam oldu. Həmin gün Azərbaycan xalqına aid ən şərəfli tarixlərdən biridir. Bu tarixin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub. Bu ordu Bakının azad edilməsində böyük şücaətlər göstərib, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksəlib.
Vəkil Rövşən Qasımov bildirb ki, 100 il öncə, 1918-ci il mayın sonlarında Zaqafqaziya Seymi dağılıb, mayın 28-də Azərbaycan müstəqilliyini elan edib. Həmin vaxt Azərbaycan Demokratik Respublikasını (ADR) tanıyan ilk dövlət Türkiyə olub. Müstəqilliyini elan etdikdən sonra ADR-in paytaxt məsələsi gündəmə gəlib. O zaman Bakı işğal altında olduğundan Milli Hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə başlaması barədə qərar qəbul edilib. Milli Hökumətin ixtiyarında cəmi 600 nəfərlik hərbi qüvvənin olması Gəncəni işğalçılardan azad etməyə imkan vermirdi. Məhz belə vaxtda Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusu Azərbaycan tarixində dəyəri 28 may qədər ölçüləcək bir tarixi hadisəyə 15 sentyabr Bakının işğaldan azad olunmasını reallaşdırdı.
Nuru Paşa 1889-cu ildə İstanbuldа hərbiçi Əhməd Tofiqin аiləsində dоğulub. 1934-cü ildə Türkiyədə sоyаdlаrı hаqqındа qаnun qəbul еdiləndən sоnrа Nuru Paşa və yаxın qоhumlаrı özlərinə "Gülоğlulаr" sоyаdı götürdülər. Bu sоyаd оnun əcdаdının dоğulduğu "Kili" аdı ilə bаğlı idi. Nuru Paşanın ulu əcdаdı Krım türklərindəndir. О, 1906-cı ildə quru qоşunlаrı hərbi məktəbinə dаxil оlub və 1909-cu ildə həmin məktəbi lеytеnаnt rütbəsi ilə bitirərək 3-cü Оrdu kоmаndаnlığındа zаbit kimi xidmətə bаşlаyıb, 1910-cu ilin yаnvаrındаn pаdşаhа məxsus piyаdа bölüyünə kеçirilib. 1911-ci ildə Hərbi Аkаdеmiyаnı bitirdikdən sоnrа, 1913-cü ildə yüzbаşı, 1916-cı ildə minbаşı, 1918-ci ildə yаrbаy (bаşqа sözlə, 1913-cü ildə kаpitаn, 1916-cı ildə mаyоr, 1918-ci ildə pоdpоlkоvnik) rütbələri аlıb. 1914-cü ilin iyulundа Türkiyənin Biyаnа səfirliyinin аttаşеliyinə, həmin ilin аvqustundаn isə hərbi аttаşеyə yаvər təyin еdilib. Birinci Dünyа mühаribəsi illərində Nuru Paşa Şimаli Аfrikа cəbhəsinə göndərildi. О, Liviyа ərаzisində cəbhə kоmаndаnı kimi Türkiyəyə və оnun müttəfiqlərinə qаrşı cəbhə yаrаdаn quvvələrlə döyüşlərə rəhbərlik еdirdi. Bu cəbhədə göstərdiyi şücаətə görə Nuru Paşa 1916-cı ildə "Аltun ləyаqət"ordeninə, Almaniyаnın "Dəmir xаç" ordeninə, hаbеlə Аvstriyа-Mаcаrıstаn dövlətinin 3-cü dərəcəli fərqlənmə nişаnınа, Türkiyənin "Аltun-İmtiyаz" mеdаlınа lаyiq görülüb, pаdşаhın qərаrı ilə 1918-ci ilin mаrtındа оnа vаxtındаn əvvəl hərbi rütbə vеrilib. О, Trаblis Qərb cəbhəsində itаlyаn qоşunlаrınа qаrşı döyüşlərdə göstərdiyi qəhrəmаnlıq və sərkərdəlik qаbiliyyətinə görə tаrixi ədəbiyyаtdа "Trаblis qəhrəmаnı" kimi şöhrətləndirilir. 1918-ci ilin yazında Osmanlı Türkiyəsi Azərbaycanı və Dağıstanı xilas etmək üçün qərargah yaradanda, Qafqaz İslam Ordusunun komandanı vəzifəsinə 29 yaşlı, böyük döyüş təcrübəsi olan, cəsur sərkərdə kimi tanınan Nuru Paşa təyin olunub. Bununla əlaqədar ona vaxtından əvvəl general-mayor rütbəsi də verilib. Osmanlı Ordusunun zabiti Nuru Paşa Killigil Türkiyənin müdafiə naziri Ənvər Paşanın qardaşı idi. Nuru Paşa bir hərbçi kimi böyük uğurunu Azərbaycanda əldə etdi.Burada qazandığı qələbələrlə təkcə Osmanlı dövlətinin deyil, Azərbaycanın da hərb tarixinə və ümumən Türkiyə - Azərbaycan tarixinə parlaq səhifələr yazdı.
Nuru Paşa 1918-ci ilin mayında Azərbaycana gələrək, Qafqaz İslam Ordusunun yaradılmasında və təşkilatlanmasında, türk hərbi qüvvələrinin Azərbaycana vaxtında gətirilməsində, nəhayət, Azərbaycanın düşmənlərdən təmizlənməsində böyük rol oynayıb. Nuru Paşanın qoşunları 1918-ci il iyunun 17-dən sentyabrın 14-nə kimi bir-birinin ardınca uğurlu döyüş əməliyyatları apararaq, Azərbaycan torpaqlarını bolşevik-daşnak qaniçənlərindən təmizləyib və həmin ilin 15 sentyabrında Bakını azad edib. Bakı şəhəri azad edildikdən sonra Qafqaz İslam Ordusunun hissələri Qarabağa göndərilib. Qarabağın erməni daşnaklarından təmizlənməsi əməliyyatı başlanıb və uğurlu döyüşlərlə türk-azərbaycanlı hərbçilər Şuşaya daxil olaraq, şəhərdə Azərbaycan bayrağını qaldırıb. Lakin Türkiyənin Birinci Dünya müharibəsində uduzması Nuru Paşanın bu zəfərini yarımçıq qoyur. 1918-ci il oktyabrın 30-da imzalanmış Mudros barışığından sonra Osmanlı qüvvələri Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Nuru Paşa 1920-ci ilin aprel çevrilişindən sonra da gizli olaraq bir qrup türk zabiti ilə Dağıstandan keçərək Şuşaya gəlib, bolşeviklərə qarşı döyüşlər aparıb, Aran Qarabağ və Zaqatala bölgələrində xalqı bolşeviklərə qarşı üsyana qaldırıb.
Sonra bir Azərbaycan süvari alayı və bir artilleriya batareyası ilə Türkiyəyə dönən Nuru Paşa Ərzuruma gedərək Naxçıvan dəstəsinə qoşulub və azadlıq mücadiləsində iştirak edib.1923-cü ildə təqaüdə çıxan Nuru Paşa İstanbul ətrafında dəmirtökmə fabriki açmışdı. İkinci Dünya Müharibəsi illərində bu fabrik hərbi sifarişlə qumbara, minaatan və s. silahlar istehsal edirdi. 1949-cu il martın 2-də Nuru Paşa bu fabrikdə baş vermiş partlayış nəticəsində həlak olub və İstanbulda dəfn edilib. Nuru Paşanın Azərbaycanda olduğu zaman göstərdiyi igidlik, şücaət, türk ellərinə sədaqət və məhəbbəti onu bir xilaskar, yenilməz türk oğlu, türk ordusunun cəsur sərkərdəsi kimi tanıdıb. 1918-ci ilin noyabrında hərbi məktəbin ilk buraxılışında Azərbaycanın xalq təhsili naziri Nəsib bəy Yusifbəyli çıxış edərək, bu təntənədə iştirak edən Nuru Paşanın atası Hacı Əhməd Paşaya demişdi: "Zatı-aliləri, sizin şanlı oğullarınız Ənvər Paşa və Nuru Paşanın adları nəinki təkcə Azərbaycanın, eyni zamanda bütün türk xalqlarının yaddaşında həmişəlik qalacaq ("Azərbaycan" qəzetinin 8 noyabr 1918-ci il tarixli sayından götürülüb). Bu çıxışdan 99 ildən çox vaxt keçməsinə baxmayaraq, elə bil ki, bu gün deyilib.
Göründüyü kimi, Nuru paşanın müstəqil Azərbaycanın həyatında önəmli rolu olub. Hətta onların ailəsində Azərbaycana münasibətdə özəl bir sevgi olub. Bakıya girən türk ordusu xalqın ermənilər və ruslar tərəfindən qətliamının qarşısını aldı. Şərq Ordusu Qrupu komandanı Xəlil paşa Bakıda yaşayan əhalinin qarşılaşdığı erməni və rus vəhşiliyini bu cümlələrlə bildirmişdi: "Bakı ingilislərin nəzarəti altında olarkən ermənilər və bolşeviklər yerli xalqa qarşı geniş bir qətliam hərəkatına başlamışdılar. Ermənilər şəhərin hər məhəlləsində türklərin cəsədlərindən bir qala qurmuş və bütün vəhşiliklərini ortaya qoymuşdular. Kiçik uşaqlar qala bürcləri olmuş, qadınlar ayıb yerlərindən süngülənmiş və bıçaqlanmışdılar. Bu kimi faciələrə 100 il əvvəlin bu günündə son qoyan Nuru Paşa unikal bir şəxsiyyət olub. Yüksək intellektə sahiblənib, alman və fransız dillərini mükəmməl bilib. Bunlarla bərabər, çox gözəl rəsmlər çəkib. Gəncədə olarkən Göygölün mənzərəsini çəkib. Həm də sənətə sevgisi ilə seçilib. Onun Bakıda olduğu zamanda türk gecələri keçirilirdi. Nuru Paşanın fikir ayrı-seçkiliyi yaşayan ziyalıların barışmasında da böyük rolu olub. Ziyalılarla dostluq edirdi. Cəfər Cabbarlıya saat bağışlamışdı. Həmin saat Cəfər Cabbarlının ev muzeyində saxlanılır. Salman Mümtazla yaxın dost idi. Nuru Paşanın mənsub olduğu ailə hərbçilər ailəsi olub. Atası Əhməd bəy tüccarlıqla məşğul olub, beş övlad saxlayıb. Ancaq Ənvər, Nuru və onların əmisi Xəlil Paşa hərbçi olublar. Xəlil Paşa Şərq ordusunun qrup komandanı idi. Sonradan Azərbaycanın həm müstəqilliyinin qazanmasında, həm də bolşeviklərə təhvil verilməsində onun rolu da olub. Hərbi həyatı ziddiyyətlərlə dolu olub.
1917-ci illər hadisələri başlayandan, bolşeviklər çevriliş edəndən sonra Türkiyə tərəfdən Güney Qafqaza diqqət artdı. Əsas səbəb o idi ki, "İttihadi tərəqqiçi"lər Turana gedən yolun Azərbaycandan keçdiyinin fərqinə varmışdılar. Azərbaycan Orta Asiyada turançılıq ideyalarının yayılmasının ən yaxşı strateji məkanı idi. Həmçinin də bu zaman Azərbaycanın özündə də milli hərəkat formalaşmışdı. Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Nağı bəy Şeyxzamanlı və başqaları da Azərbaycanın müstəqilliyinin bərpasında Türkiyə amilindən yararlanmağı düşünürdülər. Onlar bu işin əsas ideoloqları sayılırdılar. "İttihaqi tərəqqiçi"lərin proqramında Qafqaza diqqət ayrılmasına və turançılıq ideyasının o istiqamətdən yayılmasına xüsusi önəm verilirdi. Bu məsələ hələ 1914-15-ci illərdə Ənvər Paşanın planlarında var idi. 1918-ci illərdə 31 mart soyqırımı törədiləndən və Zaqafqaziya Seyminin dağılıb Azərbaycanın, Gürcüstanın müstəqilliyə çatmasından sonra arxalana biləcəyimiz yeganə qüvvə Türkiyə idi. Məsələn, gürcülər Almaniya ilə ittifaqda idilər. Ermənilər də həmişəki kimi həm Rusiya, həm də İngiltərəyə yalmanırdılar, vahid siyasətləri yox idi. Azərbaycanın xoşbəxtliyi bu idi ki, həm din, həm də qan qardaşı olan türklərə yaxın idi. Türkiyə də həqiqətən Azərbaycanda müstəqil dövlət qurulmasının marağında idi.
1924-cü ildə Nuru Paşa ordudan istefaya göndərilib. Nuru Paşa istefaya göndəriləndən sonra müalicə olunmaq üçün Almaniyaya gedir. Qardaşı Ənvər Paşanın həyat yoldaşı Naciyə sultan orada yaşayırdı. Nuru Paşa müalicədən sonra istəyir ki, Orta Asiyada mücadilə aparan qardaşı Ənvərin Paşanın yanına getsin. Amma Ənvər paşanın qətli bunun qarşısını aldı. Nuru Paşa da İstanbula qayıtdı. Orada metal əridən bir müəssisəni satın alıb və silah-sursat fabrikinə çevirib. Zeytunburnunda qurulan bu iş ona yaxşı gəlir gətirib. Yaxşı gəlir əldə edəndən sonra İstanbulun Sütlücə deyilən ərazisində fabrikini genişləndirib, silah-sursat istehsalını artırıb.
Nurlan