Sevil Nuriyevadan ərinin qətli ilə bağlı - İlk açıqlama
20 Sentyabr 2018 08:15 Sosialİlyas İsmayılovun oğlu Etimad İsmayılovun qətl hadisəsi ilə bağlı həyat yoldaşı, tanınmış telejurnalist Sevil Nuriyeva danışıb.
Teleqraf.com-a açıqlamasında Sevil Nuriyeva göz yaşları içində həyat yoldaşının qətlə yetirildiyini təsdiqləyib. O bildirib ki, hazırda durumu geniş açıqlamaya imkan vermir.
Qeyd edək ki, bu gecə İstanbulda, Floryada yerləşən şəxsi ofisində Etimad İsmayılov başından iki, ürəyindən bir güllə ilə qətlə yetirilib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qətli törətməkdə şübhəli bilinən azərbaycanlı, keçmiş polis polkovniki Gözəl Dəmirov artıq saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31