Rezidenturanın boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib
19 Sentyabr 2018 18:28 SosialDövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün rezidentura səviyyəsi üzrə boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib.
DİM-dən bildirilib ki, həmin yerlərin siyahısı ilə mərkəzin internet səhifəsində tanış olmaq mümkündür.
Müsabiqəyə qatılmaq istəyən namizədlər sentyabrın 20-si və 21-i saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiqləyən sənədin əsli və surətini gətirməklə, şəxsən DİM-ə (ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28, Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31