Sahilyanı ərazilərdə təmizləmə aksiyası keçirilib

Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bilgəh çimərliyində sahilyanı ərazilərdə təmizlik aksiyası həyata keçirilib.

Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bilgəh çimərliyində sahilyanı ərazilərdə təmizlik aksiyası həyata keçirilib. 

"OLAYLAR" xəbər verir ki, 600-dən artıq insan sahilyanı ərazini 5 tona yaxın tullantıdan təmizləyib.

Tədbirin təşkilatçıları ənənəvi olaraq "Coca-Cola", "Bakcell", "PAŞA Bank" şirkətləri və "ASAN Könüllülük Məktəbi"nin "Yaşıl ASAN" təşəbbüsü çıxış edirlər, aksiyanın partnyorları sırasında isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "ASAN Radio", "Xəzər TV", "AzEkol" MMC, "Green Baku", AFFA, "Baku Expo 2025", "Alliance Asisst Group", "Toyota" Bakı Mərkəzi, "Entreé" kafelər şəbəkəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası yer alıblar. Bildirək ki, tədbirin informasiya dəstəyi Xəzər TVvə ASAN Radio tərəfindən həyata keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31