Yatmamışdan əvvəl bunları etməyi unutmayın

Yeni günə yaxşı başlamanın yolu, yatmazdan əvvəl hər gün təkrarlayaraq qazandığınız vərdişlərdən asılıdır.

Yeni günə yaxşı başlamanın yolu, yatmazdan əvvəl hər gün təkrarlayaraq qazandığınız vərdişlərdən asılıdır. 

Olaylar.az bildirir ki, səhərlər və gün ərzində özünüzü sakit, xoş əhval-ruhiyyədə hiss etmək istəyirsinizsə bunları edin:

1. Mobil telefon, kompyuter planşet kimi elektron cihazlarınızı söndürün. Monitordan yayılan mavi işıq yuxusuzluğa səbəb olur. 

2. Fikirlərinizi toplayın. Əgər çətinlik çəkirsinizsə o zaman düşüncələrinizi kağıza yazın. Bu zehninizin təmizlənməsinə kömək olacaq.

3. Mətbəxinizi təmiz saxlayın. Mətbəxinizin axşamdan dağınıq qalması səhər yeməyinə hazırlıq zamanı sizdə mənfi auraya səbəb olacaq. 

4. Səhər nə ilə qidalanacağınızı yatmazdan əvvəl müəyyən edin. 

5. Nə ilə qidalanacağınız kimi səhər nə geyinəcəyinizi də axşamdan bəlli edin. Bu sizə səhərlər əlavə vaxt qazandıracaq. 

6. Meditasiya ilə məşğul olun. Zehninizi rahatladan meditasiya yuxunu tam şəkildə almağınıza kömək edəcək. 

7. Kiçik idmanla məşğul olun. Günün yorgunluğuyla əzələlərdə ağrılar və gərilmə olması qaçınılmazdır. Yatmazdan əvvəl sadə hərəkətlərlə, böyük güc sərf etməyə ehtiyac qalmadan bədəninizi və əzələlərinizi rahatladın.

8. Kitab oxuyun. Yatmazdan əvvəl bir neçə səhifə də olsa kitab oxumaq ən az isti bir fincan bitki çayı içmək qədər zehininizi rahatlaşdırıb sizi sakitləşdirər. Xüsusilə yuxusuzluqdan əziyyət çəkdiyiniz gecələrdə kitab oxuyaraq daha asan və rahat şəkildə yata bilərsiniz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31