Pirallahıda Beynəlxalq Sülh Günü münasibətilə fləşmob keçirilib

Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon tə.kilatının birgə təşkilatçılığı ilə 168 №-li tam orta məktəbdə "Dünyaya sülh"  başlığı altında fləşmob keçirildi.

Olaylar.az xəbər verir ki, Məktəbin orta siniflərində təhsil alan 100 şagirdin iştirakı ilə azadlıq və sülh simvolu olan göyərçin quşunun rəsmi çəkilib. Çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov fləşmob iştirakçılarına Beynəlxalq Sülh Gününün zərurətdən yarandığını və vacibliyi barədə məlumat verib. Sədr bildirib ki, əbədi mövzu olan sülh mövzusunu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. O, vurğulayıb ki, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  rəhbərliyi altında həyata keçirilən islahatların, sülhsevər xarici siyasət kursunun əsas prioritet istiqamətini dünyada ərazi bütövlüyü prinsiplərinə sadiqlik, terrorçuluğun bütün təzahürlərinə qarşı barışmazlıq, dinlərarası dialoqun, multikulturalizmin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, insan hüquq və azadlıqlarına hörmət kimi sülhsevər prinsiplər təşkil edir. Bu gün qüdrətli və güclü orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq müstəvisində həlli üçün əsaslı addımlar atır.

 

Sonda Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının məsul əməəkdaşları şagirdlərlə xatirə şəkli çəkdirdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31