"Dərs üçün növbəni də pulla satırlar" - Valideyndən iddia

Xırdalan 2 saylı tam orta məktəblə bağlı iddialar bitmək bilmir. Ən son valideyn Zülfüqar Süleymanov şərəf lövhəsi üçün 20 manat pul yığıldığını iddia etmişdi. 

Sosial şəbəkədə paylaşım edən valideyn 20 manat ödəmədiyi üşün övladının şəklinin şərəf lövhəsinə vurulmadığını qeyd etmişdi.

Məsələ ilə bağlı məktəbin direktoru Ədalət Camalova isə iddiaları rədd edib. 

Lakin məktəbdəki rüşvətxorluqla bağlı valideynlər tərəfindən yeni iddialar səslənib. 

Valideynlərin sosial şəbəkədə paylaşımından belə məlum olub ki, adı keçən məktəbdə övladlarının birinci, yaxud ikinci növbədə dərs alması üçün onlardan pul tələb olunur. Həmçinin fond pulu adı ilə də uşaqlardan 30 manat tələb olunduğu söylənilib. 

Qeyd edək ki, valideyn şagirdin səhər növbəsində təhsil alması üçün 1200 AZN, istədiyin sinfi təyin etmək üçün isə 500 AZN tələb olunduğunu sosial  şəbəkədə  yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31