Azərbaycanlı idmançı Rusiyada deputat oldu

Rusiyada yaşayan həmyerlimiz, tanınmış idmançı Çingiz Əliyev parlament seçkilərində iştirak edib.

RF-nın Tuva respublikasının Karate Federasiyasının rəhbəri, respublikanın yığma komandasının baş məşqçisi və ictimai xadim, Azərbaycan diasporasının Rusiyada fəal üzvü Çingiz Əliyev Vahid Rusiya Partiyasından namizədliyini irəli sürüb.

Baş tutan səsvermədə Ç.Əliyev deputat seçilib. Çingiz Əliyev deputat mandatının ona ictimai fəaliyyətində bir çox imkanlar yarada biləcəyini vurğulayıb.

Baku.vs

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31