Millət vəkili Kiyev Universitetinin tələbələri ilə görüşüb

Milli Məclisin İqtisadi, siyasət, sənayə və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Rüfət Quliyev sentyabr ayının əvvəlində Taras Şevçenko adına Kiyev Milli Universitetinin rəhbərliyinin dəvəti ilə adıçəkilən təhsil müəssisəsində olub. "OLAYLAR" xəbər verir ki, millət vəkili universitetin iqtisadiyyat fakultəsinin 1-ci kurs tələbələri ilə görüşdə iştirak edib. Millət vəkili tələbələrə tələbə biletinin verilməsi prosesində iştirak edib. R.Quliyev tələbələr qarşısında çıxış edərək onlara dərslərində müvəffəqiyyətlər arzu edib.

Eyni zamanda, millət vəkili 3-cu kurs tələbələrinin qarşısında mühazirə də oxuyub. R.Quliyev qeyd edir ki, o tələbələrə dünya iqtisadiyyatı, Azərbaycan və Ukrayna iqtisadiyyatı haqqında bilgilər çatdırıb: "Həmçinin, Azərbaycan-Ukrayna münasibətləri haqqında da fikir bölgüsü apardım. Tələbələrə Azərbaycan iqtisadiyyatının inkişafı, hərbi qüdrəti və ölkəmizdə yaşanan sabitlik haqqında da dolğun məlumat verdim".

Qeyd edək ki, millət vəkili Rüfət Quliyev Taras Şevçenko adına Kiyev Milli Universitetinin məzunu və adıçəkilən universitetin professorudur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31