Nazir vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Əbülfəs Qarayev sentyabrın 25-də saat 11-də Qusarda vətəndaşları qəbul edəcək.

Mədəniyyət Nazirliyindən  bildirilib ki, rayondakı Heydər Əliyev Mərkəzində (Qusar şəhəri, Heydər Əliyev parkı) keçiriləcək qəbulda Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi və ya (012) 493-92-17 və (012) 493-55-21 nömrəli telefon vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31