Məktəblilər Avropa birinciliyinin qalibi olublar
17 Sentyabr 2018 13:12 SosialBolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo idman növü üzrə gənclərin Avropa birinciliyi keçirilib. "OLAYLAR" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 42 ölkənin 405 cüdoçusunun mübarizə apardığı yarışa Azərbaycan milli yığma komandasının tərkibində Bakı şəhəri 1 nömrəli idman liseyinin 3 cüdoçusu qatılıb.
Birinciliyinin ilk günündə idman liseyinin yetirməsi Tofiq Məmmədov 60 kq çəki dərəcəsində Moldova, Gürcüstan, Fransa və Rusiya idmançılarını məğlub edərək Avropa çempionu adını qazanıb.
Liseyin digər idmançısı 44 kq çəki dərəcəsində mübarizə aparan Şəfəq Həmidova isə Avropa birinciliyinin bürünc medalına layiq görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31