Yevlaxda öküz buynuzu ilə sahibinin burnunu qopardıb
17 Sentyabr 2018 11:46 SosialYevlax rayonunda öküz sahibinə xəsarət yetirib.
Hadisə rayonun Tanrıqullar kəndində, 1939-cu il təvəllüdlü kənd sakini Nadir Məhəmmədəli oğlu Mehdiyevin başına gəlib.
Yaşlı kişini vuraraq yerə yıxan öküz, buynuzu ilə onun burnunu və qolunun ətini qopardıb, heyvan həmçinin sahibinin qabırğalarına ciddi xəsarət yetirib. Yaralı ağır durumda xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat olunan yaralının burnu cərrahi yolla yerinə tikilib. Hazırda müalicəsi davam edir və vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31