Şəbnəmin qayınanası və qayınatası da səhnəyə çıxdı - VİDEO
17 Sentyabr 2018 09:12 SosialMüğənni Şəbnəm Tovuzlu "Yaşıl Teatr"da "Xəstəyəm" adlı solo konsertlə çıxış edib.
Olaylar.az BiG.AZ-a istinadla xəbər verir ki, səhnəyə motosikletlə çıxan ifaçı sevilən mahnılarını oxuyub. Gecənin ən yadda qalan məqamlarından biri Şəbnəmin qayınatasınının və qayınanasınının səhnəyə çıxması olub. Müğənni qayınanasının əllərini öpüb, dəstək üçün ona təşəkkür edib: "Etiraf edim ki, qayınanam ilk əvvəllər məni qəbul etmirdi. Amma daha sonralar tanıyandan sonra məni sevdi. Mən anamı 1 yaşımda itirmişəm. Amma qayınanam deyir ki, mən sənə hər zaman anayam, dəstəyəm. Kim nə yazır, pozur fikir vermə".
Qeyd edək ki, konsertdə Ş.Tovuzlu ilə yanaşı səhnəyə əməkdar artist Könül Kərimova, müğənnilər Tacir Şahmalıoğlu, Vasif Əzimov çıxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31