Valideynlər DİQQƏTLİ OLUN – “Mavi balina”dan sonra “BOĞULMA”

İnternet üzərində yayımlanan "Mavi balina" oyunundan sonra "Boğulma" oyununun həyacanı yaşanılır. Olaylar.az türk mediasına istinadən bildirir ki, İtaliyanın Milano şəhərində yaşayan 14 yaşlı  Igor Majun cansız bədəninə rast gəlinib. Iqor Majun telefon və kompüterinə baxış keçirilən zaman "Boğulma" oyunu aşkarlanıb. Oyun tək və ya iki nəfər arasında oynanılır. Oyun zamanı verilən qısa zaman ərzində nəfəslər tutulmalıdır. Beyinə oksigen getmədiyi üçün ölüm halı qaçılmazdır. Sonda şəxsin özü və ya dostu onu boğmalıdır. 
İtaliya mətbuatı bildirir ki, Iqor Maj ölümündən sonra kompüterində, telefonunda oyunun 5-ci mərhələsi keçdiyi aşkarlanıb. Mütəxəssislər gənclərin və uşaqların oyunun ölümcül nəticə verəcəyindən xəbərsizdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31