Bakıda FACİƏ: oğlunun və ərinin qəbri başında öldü
14 Sentyabr 2018 10:14 SosialBakıda qəbiristanlıqda ölüm hadisəsi baş verib.
Olaylar.az Publika.az-a istinaden xəbər verir ki, paytaxt sakini Nəsibova Nəcibə Əli qızı Badamdar qəsəbəsi ərazisində qəfil vəfat edib. Belə ki, dünən məzarlıqda həyat yoldaşı və oğlunun qəbrini ziyarət edən qadının halı orada pisləşib və o, hadisə yerindəcə keçinib.
İlkin məlumata görə, N.Nəsibova ürək tutmasından vəfat edib.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31