Xalq artisti beynəlxalq festivalda (VİDEO)
14 Sentyabr 2018 09:58 SosialBu gün Qazaxıstanda 14 dövlət arasında Ritm Festivalı keçirilir.
Olaylar.az xəbər verir ki, festivalın açılışını Azərbaycanın xalq artisti, "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinov edəcək. Bütün dövlətlərin musiqiçiləri səhnəyə "Natiq" ritm qrupunun ifa edəcəyi "Sarı gəlin" musiqisinin sədaları altında çıxacaq.
Qeyd edək ki, festivalda Azərbaycan, Hindistan, Gürcüstan, Latviya, Kanada, İrlandiya, Özbəkistan, Qazaxıstan, ABŞ, Litva, Qırğızıstan, Başqırğıstan və s iştirak edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31