Üzü nəmləndirmək üçün təbii maskalar
14 Sentyabr 2018 01:11 SosialSoyuq havalarda üz dərisi quruyur, elastikliyini itirir. Bunun üçün üzü daim nəm saxlayan kremlərdən istifadə etmək lazımdır.
Üzünüzü nəmləndirəcək maskalar təqdim edir:
2 yemək qaşığı zeytun yağını, 1 ədəd yumurta sarısını, 3 yemək qaşığı yulafı, yarım stəkan çiyələyi krem halına gələnə qədər qarışdırın. Üzünüzə masaj edərək çəkin. 20 dəqiqə saxladıqdan sonra yuyun.
2 xörək qaşığı südü və balı qarışdırıb üzünüzə sürtün. 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Bu maskanı həftədə 1 dəfə edin.1 xörək qaşığı balı, 1 yumurta sarısını qarışdırıb üzünüzə çəkin. Maskanı çəkdikdən sonra 10 dəqiqə saxlayın və yuyun.
axsam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31