Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 14-də Şirvan şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə məlumat "OLAYLAR"-a nazirliyin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinləri iştirak edəcəklər.
Qəbul Şirvan "Gənclər evi"ndə baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31