Bakı-Quba yolunda zəncirvari qəza: tıxac yarandı (FOTOLAR)
13 Sentyabr 2018 09:11 SosialSəhər saatlarında Bakı-Quba yolunda yol qəzası baş verib.
Olaylar.az "Report"a istinadən xəbər verir ki, Xırdalan-Masazır dairəsinin üzərindəki körpüdə "Mercedes" markalı avtomobil BMW-yə, digər "Mercedes" isə arxadan ona çırpılıb.
Hər 3 maşına ciddi ziyan dəyib. Hadisə yerinə sığorta və polis işçiləri cəlb olunub.
Qəza nəticəsində yolda tıxac yaranıb. Hazırda DYP əməkdaşları yolda maşınların hərəkətini tənzimləyir.

.jpg)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31